ABŞ və Avropa İttifaqı gələn həftə Rusiyanın dondurulmuş aktivlərindən Ukraynanı maliyyələşdirmək üçün istifadə məsələsində irəliləyiş əldə etməyi planlaşdırır. Bu barədə “Bloomberg” nəticə layihəsinə istinadən məlumat yayıb.
Qeyd olunur ki, ABŞ prezidenti Co Bayden, Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen və Avropa Şurasının prezidenti Çarlz Mişel oktyabrın 20-də Vaşinqtonda keçiriləcək görüşdə bu mövzuda irəliləməyə çalışacaqlar. Onlar həmçinin çox güman ki, Rusiya neftinin ixracında qiymət məhdudiyyətlərindən yayınmaq cəhdlərini yatırmağa söz verəcəklər.
Bundan əlavə, Bayden, von der Leyen və Mişel iki ildən artıqdır birlikdə keçirdikləri ilk görüşdə HƏMAS-ın hərəkətlərini pisləyəcək və mülki insanları müdafiə etməyə çağıracaqlar. Bloomberg-in məlumatına görə, ABŞ və Aİ Çinə qarşı vahid mövqe tutmaq, onunla qarşılıqlı əlaqədə olmaq və ədalətli ticarət əlaqələrini saxlamağa çalışmaq niyyətindədir.
Oktyabrın 26-27-də keçiriləcək sammitdə də Aİ liderləri Ukraynaya kömək üçün dondurulmuş Rusiya aktivlərinin istifadəsinə dair “həlledici irəliləyiş”ə çağırmaq niyyətindədirlər.