Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Marko Rubio Ər-Riyadda keçirilən danışıqlarda Rusiya ilə ABŞ arasında münasibətlərdə “qıcıqlandırıcıların” aradan qaldırılması üçün məsləhətləşmə mexanizminin yaradılması barədə razılığa gəliblər. Bu barədə “Reuters” ABŞ Dövlət Departamentinin sözçüsü Temmi Bryusa istinadən məlumat yayıb.
Bundan əlavə, onun məlumatına görə, Lavrov və Rubio iki ölkənin ümumi geosiyasi maraqları, eləcə də iqtisadiyyat və investisiyalar sahəsində gələcək əməkdaşlıq barədə razılığa gəliblər. (Tass)