ABŞ hakimiyyəti Amerika paytaxtında ictimai asayişi təmin etmək üçün Milli Qvardiyanın 800 əsgərini səfərbər edib. Bu barədə Pentaqonun press-relizində deyilir.
“Bu gün 800-ə yaxın döyüşçü səfərbər edilib , onlardan 100-200-ü hüquq-mühafizə orqanlarına kömək etmək üçün. Bu hərbçilərin vəzifələrinə inzibati və maddi-texniki təminat funksiyaları, habelə hüquq-mühafizə orqanlarına dəstək üçün fiziki mövcudluğun təmin edilməsi daxildir”, – Müdafiə Nazirliyinin açıqlamasında deyilir.
Pentaqonun rəhbəri Pit Heqset qeyd edib ki, Kolumbiya Dairəsinin Milli Qvardiyası paytaxt küçələrində ictimai asayişin qorunmasında iştirak edəcək. Digər bölmələr də dəstək verməyə hazırdır. “Bizim cəlb etməyə hazır olduğumuz başqa bölmələr də var: digər Milli Qvardiyanın bölmələri, digər ixtisaslaşdırılmış bölmələr”, – o, mətbuata açıqlamasında deyib.
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp cinayətkarlıqla mübarizə üçün paytaxta Milli Qvardiya qoşunlarının yeridildiyini elan edib və şəhər polisinin “birbaşa federal nəzarətə” veriləcəyini qeyd edib. Amerika lideri həmçinin etiraf edib ki, lazım gələrsə, Vaşinqtonda təhlükəsizliyi təmin etmək üçün hərbçilər cəlb oluna bilər. (Tass)