ABŞ prezidenti Donald Tramp Venesuelaya qarşı sanksiyaları bir il müddətinə uzadıb. Bu barədə Ağ Evin yaydığı sənədlərdə deyilir.
Söhbət ABŞ-ın hələ 2015-ci ildə qəbul etdiyi məhdudiyyətlərdən gedir. Sənəddə qeyd edildiyi kimi, Venesueladakı vəziyyət “ABŞ-ın milli təhlükəsizliyi və xarici siyasəti üçün qeyri-adi və fövqəladə təhdid yaratmaqda davam edir. Nəticədə, mən [2015-ci ildə] ABŞ Prezidentinin 1362-ci il sərəncamı ilə elan edilmiş milli fövqəladə vəziyyət elanını bir il müddətinə yeniləyirəm.”
Fevralın 26-da Tramp ABŞ-ın neft şirkətlərinin Venesuelada fəaliyyət göstərməsinə icazə verən sanksiyaların martın 1-dən etibarən ləğv edilməsi qərarını açıqlayıb. 2022-ci ilin noyabr ayının sonunda ABŞ hakimiyyəti Karakasa qarşı sanksiyalara baxmayaraq, Amerikanın Chevron şirkətinə respublikada neft çıxarmağa və ABŞ-a tədarük etməyə icazə verdi. Müvafiq lisenziya daha sonra ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) tərəfindən bir neçə dəfə uzadılıb. (Tass)