Birləşmiş Ştatlar Yəməndəki husi hədəflərinə yeni hücuma keçib. Bu barədə Reuters agentliyi Amerika administrasiyasının iki rəsmisinə istinadən məlumat yayıb.
Bundan əvvəl husilərə məxsus “Əl Məsirə ” telekanalı ABŞ və Britaniya hərbi təyyarələrinin Yəmənin paytaxtı Sənaya yeni hava zərbəsi endirdiyini yazıb.
Böyük Britaniya hakimiyyəti hələlik Britaniya silahlı qüvvələrinin yeni zərbədə iştirakını təsdiqləməyib. (Tass)