ABŞ Yəməndə gəmi əleyhinə qanadlı raketlərə, yerüstü və sualtı pilotsuz təyyarələrə qarşı beş zərbə endirib. Bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
“Fevralın 17-də saat 15:00-dan 20:00-a qədər CENTCOM üç mobil gəmi əleyhinə qanadlı raketlərə, bir pilotsuz sualtı gəmiyə və bir pilotsuz gəmiyə qarşı özünümüdafiə üçün uğurla beş zərbə endirdi”, komandanlığın X (keçmiş Twitter) şəbəkəsində ki, bəyanatında deyilir. (Tass)