Dövlət katibinin Şərqi Asiya və Sakit Okean məsələləri üzrə köməkçisi Daniel Kritenbrink bildirib ki, ABŞ nüvə silahı da daxil olmaqla istənilən vasitələrdən istifadə edərək Yaponiyanı müdafiə etməyə hazırdır. Onun bu sözləri ABŞ-ın dövlət katibi Entoni Blinkenin Asiya-Sakit okean regionu ölkələrinə gözlənilən səfəri ilə bağlı deyib.
“Yaponiyalı müttəfiqlərimiz qarşısında təhlükəsizlik müqaviləsi öhdəliklərimiz toxunulmazdır və biz bu öhdəliklərin yerinə yetirilməsini təmin etmək üçün nüvə də daxil olmaqla, Amerikanın ixtiyarında olan bütün vasitələrdən istifadə etməyə sadiqik” deyib.