Növbəti bir neçə ay Ukrayna üçün kritik olacaq. Bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi növbəti brifinqdə bildirib.
Vaşinqtonun Kiyevə yardım üçün əlavə maliyyə ayırması perspektivlərindən danışan Kirbi qeyd edib ki, “növbəti bir neçə ay Ukrayna üçün kritik olacaq”. “Əgər qar yağdığı üçün döyüşlərin dayanacağını düşünürsünüzsə, bir daha düşünün”, – Kirbi deyib. Onun sözlərinə görə, Ukrayna ordusu hansı silahlardan istifadə edəcəyi ilə bağlı “çətin seçimlər” etməli olur, çünki “növbəti tədarükün nə vaxt olacağını bilmirlər”. (Tass)