Birləşmiş Ştatlar yaxın günlərdə girovların azad edilməsi və Qəzza zolağında müvəqqəti atəşkəslə bağlı danışıqların iştirakçılarının yekun razılığa gələ biləcəklərini gözləyir. Bunu CNN telekanalına müsahibəsində ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib.
“Düzdür, İsrail, ABŞ, Misir və Qətər nümayəndələri Parisdə görüşərək girovların azad edilməsi və müvəqqəti atəşkəslə bağlı razılaşmanın əsas konturları barədə öz aralarında razılığa gəliblər. Mən təfərrüata varmayacağam, çünki danışıqlar hələ də davam edir, təfərrüatlar üzərində işlənir.Qətər və Misir arasında [Fələstin qrupu]HƏMAS ilə dolayı danışıqlar aparılmalı olacaq, çünki sonda girovların azad edilməsi ilə bağlı qərar qəbul etməli olacaqlar.Bu iş gedir. Ümid edirik ki, yaxın günlərdə bu məsələ ilə bağlı qəti və yekun razılığa gələ biləcəyik”. (Tass)