Birləşmiş Ştatlar Yaxın Şərqdə hərbi personalına qarşı istənilən hücuma cavab verəcək. Bunu Ağ Evin mətbuat katibi Karine Jan-Pyer jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə deyib.
O, İraqdakı Ayn əl-Əsəd aviabazasına Amerika hərbçilərinin itkiləri ilə nəticələnən hücumu şərh edərkən, “Hərbçilərimizə qarşı istənilən hücuma cavab verəcəyik və üsul və yeri özümüz seçəcəyik” dedi. “Deyə bilərəm ki, prezident Bayden hücum baş verən zaman məlumatlandırılıb və hücum nəticəsində yeddi nəfər yaralanıb”, – Jan-Pier əlavə edib. (Tass)