Sentyabr 16, 2025-12:30
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Abşeronda “Türk şəhidliyi” abidəsi ziyarət olunub

2024:03:18 - 13:23
in SİYASƏT
A A

Çanaqqala Zəfərinin 109-cu ildönümü münasibətilə martın 18-də Abşeron rayonun Digah qəsəbə qəbiristanlığında naməlum türk əsgərinin xatirəsinə ucaldılan “Türk şəhidliyi” abidəsi ziyarət olunub.

“Report”un yerli bürosu xəbər verir ki, ziyarətdə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, rəsmilər, diplomatlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Abidənin və naməlum türk əsgərinin məzarı üzərinə əklil və gül dəstələri düzülüb.
Azərbaycanın və Türkiyənin azadlığı və suverenliyi uğrunda canlarından keçən qəhrəman şəhidlərin xatirəsi anılıb, ruhlarına dualar oxunub.

Qeyd edək ki, Digahdakı abidə 1918-ci ildə Azərbaycanın düşmən işğalından azad edilməsində şəhid olmuş türk əsgərləinin xatirəsinə ucaldılıb.

Xatırladaq ki, bu gün Osmanlı dövlətinin Çanaqqalada Antanta İttifaqının dəniz qüvvələri üzərində qazandığı qələbənin 109-cu ildönümüdür.

1915-ci il martın 18-də Antanta üzərində qazanılan bu zəfər Çanaqqala dəniz qələbəsi adlanır.

Mustafa Kamal Paşanın başçılığı altında Osmanlı qoşunlarının 1915-ci il fevralın 19-da dənizdə başladığı müqavimət hücumu martın 18-də zəfərlə başa çatıb.

Antantaya qarşı quruda müqavimət isə 1915-ci il aprelin 15-də başlayıb, 1916-cı il yanvarın 9-da qələbə ilə başa çatıb. Antanta İttifaqına Böyürk Britaniya Krallığı, Avstraliya, Yeni Zelandiya, Britaniya Hindistanı, Fransa daxil idi. Osmanlı isə Avstriya-Macarıstan, Almaniya ilə bir hərbi blokda müharibədə iştirak edirdi.

Hər il martın 18-i Türkiyədə Zəfər bayramıdır.

Əvvəlki Yazı

Azərbaycan və İraq enerji sahəsində potensial əməkdaşlığı müzakirə edib

Növbəti Yazı

“İraq-türkman folkloru və ədəbiyyatı” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.