Abxaziya Respublikası Rusiya ilə birlikdə təhlükəsizlik standartlarının artırılmasında maraqlıdır. Bu əməkdaşlıq Şərqi Qara dəniz regionunda və Cənubi Qafqazda vəziyyətə nəzarətin əlavə təminatıdır, – Abxaziyanın Xarici İşlər Nazirliyinin yeni rəhbəri Oleq Bartsits təyinatından sonra Rusiya mətbuatına verdiyi ilk müsahibəsində TASS-a bildirib.
“Biz Rusiya ilə birlikdə təhlükəsizlik standartlarını gücləndirməkdə maraqlıyıq. Cənubi Qafqaz kimi həssas regionda bu, Şərqi Qara dəniz regionunda və birbaşa Cənubi Qafqazda vəziyyətə nəzarət etmək üçün əlavə təhlükəsizlik standartları və zəmanətlər yaradır”, – Bartsits bildirib.