Abxaziya prezidenti Aslan Bjaniya Rusiya prezidenti Vladimir Putini yenidən ali dövlət vəzifəsinə seçilməsi münasibətilə telefonla təbrik edib. Kremlin mətbuat xidməti xəbər verir ki, iki ölkə liderləri müttəfiqlik münasibətlərini gücləndirmək barədə razılığa gəliblər.
“Aslan Bjaniya Vladimir Putini prezident seçkilərində qələbəsi münasibətilə ürəkdən təbrik edərək, səsvermənin nəticələrinin vətəndaşlar arasında Rusiya rəhbərliyinin apardığı kursa geniş dəstəyi inamlı şəkildə nümayiş etdirdiyini vurğuladı”, – mətbuat xidmətinin bəyanatında deyilir.
Qeyd edildiyi kimi, Rusiya və Abxaziya liderləri “rus və abxaz xalqlarının maraqları naminə iki dövlət arasında müttəfiqlik münasibətlərini daha da gücləndirməyə hazır olduqlarını” vurğulayıblar.
(Tass)