Abxaziyanın Mərkəzi Seçki Komissiyası Abxaziyanın Nəzarət Palatasının keçmiş sədri Robert Arşbanın prezidentliyə namizəd kimi irəli sürülməsi üzrə təşəbbüs qrupunu qeydə alıb. Bu barədə TASS-a komissiyadan məlumat verilib.
Abxaziyada növbədənkənar prezident seçkiləri fevralın 15-nə təyin edilib. Təşəbbüs qruplarının, partiyaların qeydiyyatı və prezidentliyə namizədlərin irəli sürülməsi dekabrın 17-dən yanvarın 6-dək aparılır.
“Mərkəzi Seçki Komissiyası bu gün Robert Arşbanın prezidentliyə namizəd kimi irəli sürülməsi üçün təşəbbüs qrupunu qeydə alıb”, – komissiyanın üzvü Alias Brandzia bildirib.
Təşəbbüs qrupunun rəhbəri Beslan Torçuaya qeydiyyat şəhadətnaməsi və imza vərəqələri təqdim olunub. Təşəbbüs qrupuna 30-dan çox adam daxil idi.
50 yaşlı Arşbe 2013-2023-cü illərdə Respublikanın Nəzarət Palatasına rəhbərlik edib. (Tass )