“AccessBank” maraqlanan təşkilatları tenderdə iştirak etməyə dəvət edir.
Bankın məlumatında deyilir ki, tender “Goranboy” filialında təmir-tikinti işlərinin aparılması ilə əlaqədar elan olunub. Tenderdə iştirak etməkdə maraqlı olan şirkətlər ətraflı məlumat əldə etmək üçün procurement@accessbank.az elektron ünvanına, yaxud (+994 55) 505 69 59 nömrəsinə müraciət edə bilərlər. Qiymət təklifləri ilə zərflərin qəbul müddəti 2024-cü il yanvar ayının 30-da saat 18:00-da başa çatır.Azərtac.