Bu barədə “APA-Economics” BP şirkətinin Azərbaycanda fəaliyyətinə dair cari ilin birinci yarısının nəticələrinə həsr olunmuş hesabatına istinadən xəbər verir.
Sənədə əsasən, hesabat dövründə AÇG-dən SOCAR-a gündə orta hesabla 8 mln. kubmetr qaz verilib.
“Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub”, – hesabatda qeyd olunub.
Qeyd edək ki, AÇG-də hasil edilən səmt qazının bir hissəsi SOCAR-a təmənnasız olaraq verilir.
Xatırladaq ki, AÇG-də pay bölgüsü bu nisbətdədir: BP – 30,37% (operator), AzACG (SOCAR) – 31,65%, MOL – 9,57%, “Inpex” – 9,31%, “ExxonMobil” – 6,79%, TPAO – 5,73%, “Itochu” – 3,65% və “ONGC Videsh Ltd.” (OVL) – 2,92%.