İyul 15, 2025-14:50
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

AÇG və “Şahdəniz” qazının 180 milyard kubmetrdən çox hissəsi ixrac edilib

2025:07:14 - 13:02
in İQTİSADİYYAT
A A

Cari ilin yanvar-iyun aylarında ölkədə 25,2 milyard kubmetr təbii qaz hasil edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,4 faiz çoxdur.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, qazın 6,6 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”nin, 13,8 milyard kubmetri “Şahdəniz”in, 0,8 milyard kubmetri “Abşeron” yatağının, 4 milyard kubmetrə yaxını isə SOCAR-ın payına düşüb.

Bu dövrdə xaricə qaz satışı 4,72 faiz azalaraq 12,1 milyard kubmetr təşkil edib. Bundan 6,1 milyard kubmetr (4,7 faiz azalma) Avropaya, 4,9 milyard kubmetr (2 faiz azalma) Türkiyəyə, 1,1 milyard kubmetr (15,4 faiz azalma) Gürcüstana satılıb. Qeyd edək ki, Türkiyəyə TANAP-la bu müddətdə 2,9 milyard kubmetr (3,57 faiz artım) qaz nəql olunub.

“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən cari il iyulun 1-dək 660,1 milyon tona yaxın neft (kondensatla birlikdə), 487,1 milyard kubmetr qaz hasil edilib ki, bu da müvafiq olaraq 3,2 faiz və 9,2 faiz artım deməkdir. “Azəri-Çıraq-Günəşli”dən 609,5 milyon ton neft, 236,5 milyard kubmetr qaz, “Şahdəniz”dən isə 50,6 milyon tona yaxın kondensat, 250,6 milyard kubmetr qaz çıxarılıb. Bundan 1 iyun 2025-ci il tarixinədək 658,1 milyon ton neft, 180,2 milyard kubmetr qaz ixraca nəql edilib.

Əvvəlki Yazı

DİM sədri: 5 ilə bəzi ixtisaslar ləğv olunacaq

Növbəti Yazı

Xocalı sakini: Qısa zamanda İrəvan, Göyçə, Zəngəzura da dönüş sevincini yaşamağı arzulayıram

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.