İyun 19, 2025-6:57
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

ADAU-da konfrans: “44 günlük Vətən müharibəsi suverenliyimizin və ərazi bütövlüyümüzün təntənəsidir”

2025:04:21 - 12:07
in SOSİAL
A A

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Aqrar iqtisadiyyat fakültəsində “Konstitusiya və Suverenlik İli” çərçivəsində “44 günlük Vətən müharibəsi suverenliyimizin və ərazi bütövlüyümüzün təntənəsidir” mövzusunda elmi-nəzəri konfrans keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Çıxış edən Tədris işləri üzrə prorektor Əhməd Məlikov dövlətimizin müstəqillik tarixinin mühüm hadisələrindən olan əsas Qanunun – Konstitusiyamızın məhz Ulu Öndər Heydər Əliyevin gərgin əməyi nəticəsində hazırlandığını, Prezident İlham Əliyevin rəhbərliyi ilə suveren və bütöv Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu vurğulayıb.

Dövlətçilik tariximizin köklərinə nəzər salan İctimai fənlər kafedrasının müdiri Elgün Aslanov vurğulayıb ki, Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesində hüquqi baza yaradıb və onun inkişafına güclü təkan verib.

İctimai fənlər kafedrasının müəllimləri Əbdürrəhman Kazımov “Ulu Öndər Heydər Əliyev və hüquqi dövlət quruculuğu”, Mahir Məmmədov “İnsan və vətəndaşların başlıca hüquq və azadlıqları”, Səbinə Əlizadə “Ərazi bütövlüyümüz və suverenliyimiz xalqımızın milli-mənəvi sərvətidir”, Çinarə Səfərova “İlham Əliyev: Tarixi şəxsiyyət və qlobal siyasi lider” mövzularında məruzələrlə çıxış edərək vurğulayıblar ki, bu gün Azərbaycan Respublikası xalqımızın milli maraqlarını əsas tutaraq, yeni reallıqlar şəraitində müstəqil siyasətini cəsarətlə və prinsipial şəkildə davam etdirir, Konstitusiyanın tələblərinə və suveren hüquqlara əsaslanaraq qarşıya qoyulan strateji hədəflərə doğru inamla irəliləyir.

Əvvəlki Yazı

Bakıda anbarda baş verən yanğın şiddətlənib, qərargah yaradılıb – YENİLƏNİB-3 –

Növbəti Yazı

Bakıda VMF-ə məxsus mağazadan 85 min manatlıq saat oğurlamaqda təqsirləndirilən Çin vətəndaşlarına hökm oxunub

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.