Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Ümumi əkinçilik kafedrasının dosenti Fariz Ələkbərov Türkiyənin İzmir şəhərində keçirilən 20-ci Beynəlxalq Agroexpo Bitkiçilik və Heyvandarlıq Sərgisində iştirak edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, sərgidə bir sıra xarici ölkələrin qabaqcıl kənd təsərrüfatı şirkətləri və məhsulları ilə tanışlıq olub.
Proqram çərçivəsində Fariz Ələkbərov “Progen Tohum A.Ş.” şirkətinin İzmir bölgəsində yerləşən toxumçuluq zavoduna səfər edib, istehsal prosesi ilə tanış olaraq, şirkətin eksperti Cafer Martın təqdimatında yeni və perspektiv pambıq, buğda, arpa və soya sortlarına dair təqdimatları dinləyib.