İyun 17, 2025-7:15
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Adil Kərimli: Mədəniyyət Nazirliyinin fəaliyyətinin rəqəmsallaşdırılması prioritet istiqamətdir

2024:12:30 - 12:00
in MƏDƏNİYYƏT
A A

Azərbaycan Milli İncəsənət Muzeyində Mədəniyyət Nazirliyi sistemində rəqəmsallaşmanın vəziyyətinə və ilin yekunlarına həsr olunan toplantı keçirilib.

Bu barədə AZƏRTAC-a Mədəniyyət Nazirliyindən bildirilib.

Mədəniyyət naziri Adil Kərimli çıxışında qeyd edib ki, nazirliyin fəaliyyətinin rəqəmsallaşdırılması prioritet istiqamətdir: “Mədəniyyət sahəsinin rəqəmsallaşması çox çətin bir fəaliyyətdir. Nəzərə almaq lazımdır ki, indiyə qədər bu sahədə sistemli iş aparılmayıb. Fəaliyyət göstərdiyimiz müddət ərzində bu sahədə məlumatların toplanılması və sistemləşdirilməsi istiqamətində əhəmiyyətli işlər həyata keçirilib. Toplantıda bu sahədə fəaliyyətimizə nəzər salınacaq, uğurlarla yanaşı, qarşıda duran vəzifələr də diqqət mərkəzinə çəkiləcək”.

Daha sonra nazirliyin müvafiq struktur bölmələrinin rəhbərləri və əməkdaşlarının rəqəmsallaşma üzrə illik hesabatı dinlənilib.

Çıxışlarda klasterlər, modullar, “e-Culture” matrisi, “e-Culture” arxitekturası, nazirliyin informasiya resursları, ölkə üzrə mədəniyyət obyektləri və müəssisələrinin reyestrinin yenidən yaradılması, vahid şəxsi kabinet sistemi vasitəsilə bir pəncərə prinsipi əsasında mədəniyyəti rəqəmsal prizmadan tanımaq, musiqi və incəsənət məktəblərinin elektron sistemi və s. məsələlər haqqında söz açılıb.

Hesabat iclasında ayrı-ayrı sahələr üzrə 2024-cü il ərzində görülmüş işlər, müəyyənləşdirilmiş fəaliyyətə uyğun olaraq həyata keçirilmiş tədbirlər və əldə olunmuş nəticələr haqqında struktur bölmə rəhbərlərinin məruzələri dinlənilib.

Sonda nazir mövcud problemlərin həlli, qarşıda duran vəzifələrlə bağlı tapşırıq və tövsiyələrini verib.

 

Əvvəlki Yazı

İraq, Livan, Böyük Britaniya və Danimarkada Azərbaycan evinin açılması nəzərdə tutulur

Növbəti Yazı

“BakuBus” Naxçıvana sərnişin daşıyacaq

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.