İyun 12, 2025-16:48
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

ADNSU ilə Albaniyanın ali təhsil müəssisəsi arasında əməkdaşlıq perspektivləri müzakirə edilib

2025:06:10 - 18:00
in SOSİAL
A A

İyunun 10-da Albaniyanın “Aleksander Moisiu” Universitetinin rektoru professor Şkelqim Fortuzi Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) olub.

Bu barədə AZƏRTAC-a ADNSU-dan məlumat verilib.

ADNSU-nun rektoru dosent Rüfət Əzizovla keçirilən görüş zamanı tərəflər iki universitet arasında təhsil və elmi sahələrində əməkdaşlıq perspektivlərini müzakirə ediblər. Gələcəkdə tələbə və müəllim mübadiləsi, birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi və digər əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparılıb. Rektor Rüfət Əzizov qonaqlara universitetin tarixi, təhsil imkanları və beynəlxalq əməkdaşlıq strategiyası barədə məlumat verib.

Professor Şkelqim Fortuzi isə ADNSU ilə əməkdaşlığa başlayan ilk Albaniya ali təhsil müəssisəsi olan “Aleksander Moisiu” Universiteti haqqında məlumat verib. O, iki təhsil müəssisəsi arasında yeni əməkdaşlıq imkanlarının formalaşmasını mühüm addım kimi səciyyələndirib.

Görüşdə mümkün əməkdaşlıq imkanlarını müzakirə edildikdən sonra tərəflər arasında memorandum imzalanıb.

Səfər çərçivəsində qonaq rektor və “Aleksander Moisiu” Universitetinin Layihələr və xarici əlaqələr şöbəsinin direktoru Bledar Kurti ilə ADNSU-nun beynəlxalq əlaqələr üzrə prorektor müavini, dosent Ülviyyə Abbasova və şöbənin əməkdaşları dəyirmi masa ətrafında əməkdaşlıqdan irəli gələn məsələlərin icrası ilə bağlı fikir mübadiləsi aparıblar.

Sonda qonaqlar ADNSU-nun Tarix və Mineralogiya muzeyi, kompüter otaqları və laboratoriyaları ilə tanış olub, universitetin maddi-texniki bazası və təhsil infrastrukturu barədə geniş məlumat alıblar.

Əvvəlki Yazı

Ötən həftə 889 ha ərazi minalardan təmizlənib

Növbəti Yazı

Zelenski Artek və Birincilər Hərəkatına qarşı sanksiyalar tətbiq edib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.