İyun 16, 2025-4:35
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

ADPU əməkdaşları Corc Vaşinqton Universitetində

2024:11:01 - 13:29
in SOSİAL
A A

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) əməkdaşları ABŞ-ın Corc Vaşinqton Universitetində (CVU) olublar.ADPU-dan AZƏRTAC-a bildirilib ki, ABŞ ali təhsilində tətbiq olunan müxtəlif tədris və təlim metodologiyaları ilə tanışlıq üçün nəzərdə tutulmuş səfər Vaşinqton şəhərində yerləşən CVU-nun professor-müəllim heyəti ilə görüşlə başlanıb. Görüş çərçivəsində ABŞ təhsil təcrübəsi, dayanıqlı inkişaf və onun təhsilə inteqrasiyası, yeni tədris metodlarının və modellərinin tətbiqi, tədris prosesinin bəzi nümunələri, biliyin qiymətləndirilməsində müxtəlif metodlardan istifadə, təhsil standartlarının rolu və onun əsas prinsipləri, təhsilin inkişaf etdirilməsində yeni strategiyalar kimi mövzular ətrafında müzakirə və fikir mübadiləsi aparılıb. Beş gün davam edən səfər zamanı əməkdaşlar müxtəlif mövzuda təlimlərdə iştirak ediblər.Həmçinin səfər iştirakçıları universitetdə dərs prosesində iştirak edərək ABŞ mütəxəssislərinin tədris texnologiyaları və pedaqoji yanaşmaları ilə tanış olublar.Səfərin nəticəsi kimi Pedaqoji Universitetdə tələbələrin öyrənmə prosesinə daha aktiv cəlbi üçün praktik otaqların təşkili, Dayanıqlı İnkişaf Məqsədlərinin tədrisə inteqrasiyasına daha çox diqqət yetirilməsi, fəal təlim metodları ilə işin təşkilinin genişləndirilməsi, qiymətləndirmə meyarlarının təkmilləşdirilməsi kimi məsələlərdə Corc Vaşinqton Universitetinin təcrübəsindən istifadənin faydalı ola biləcəyi müəyyən edilib.

Əvvəlki Yazı

Tarixçi alim: Ermənilərin Göyçədə törətdikləri vəhşilikləri görmüş yüzlərlə şahid var

Növbəti Yazı

İsrail ordusu Qəzzada gedən döyüşdə yaralanan bir əsgərin öldüyünü açıqlayıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.