İyun 14, 2025-17:18
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

ADPU-da “Ədəbi əlaqələr – yaradıcılıq prosesinin güzgüsü” antologiyası təqdim edilib

2025:04:24 - 18:00
in SOSİAL
A A

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Özbəkistanın Cizzax Dövlət Pedaqoji Universiteti ilə əməkdaşlıq çərçivəsində “Ədəbi əlaqələr – yaradıcılıq prosesinin güzgüsü” adlı antologiyanın təqdimatı keçirilib.

Bu barədə AZƏRTAC-a ADPU-dan bildirilib. Qeyd edilib ki, antologiya cari ilin aprel ayında Azərbaycan Dövlət Pedaqoji Universiteti, universitetdə fəaliyyət göstərən Türkoloji Mərkəz və Cizzax Dövlət Pedaqoji Universitetinin birgə əməkdaşlığı əsasında hazırlanaraq çap olunub. Azərbaycan və türk dillərində hazırlanmış antologiyaya Özbəkistan və Azərbaycandan filologiya, pedaqogika sahələrində çalışan yüksəkixtisaslı alimlərin qısa avtobioqrafiyaları, elmi məqalələri daxil edilib. Kitabın “Ön söz”ü Cizzax Dövlət Pedaqoji Universitetinin rektoru professor Şövkət Şərifova və Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə Hüseynovaya aiddir.

Filologiya və pedaqogika mütəxəssisləri üçün unikal hədiyyə olan və tərkibində 88 elmi məqalə yer alan bu antologiya tədqiqat aparan dilçilər, ədəbiyyatşünaslar və gənc tədqiqatçılar üçün nəzərdə tutulub. Azərbaycan və Özbəkistan arasındakı dostluq və hərtərəfli əməkdaşlıq əlaqələrinin gücləndirməyə xidmət edən, elmi-praktik çalışmalardan biri olan antologiya bütün Türk dünyasının oxucuları üçün faydalı mənbədir.

Təqdimat mərasimində ADPU-nun rektoru professor Cəfər Cəfərov, professorlar Mahirə Hüseynova, Asəf Zamanov və Fikrət Rzayev, Filologiya fakültəsinin dekanı Könül Həsənova, universitetin professor-müəllim heyəti, eləcə də Özbəkistanın Cizzax Dövlət Pedaqoji Universiteti, Fərqanə Dövlət Universiteti, Daşkənd Özbək Dili və Ədəbiyyatı Universiteti, Andijan Dövlət Pedaqoji Universiteti, Alfraganus Universiteti və Kazan (Volqa) Federal Universitetindən olan professor-müəllim heyəti iştirak edib.

Əvvəlki Yazı

Ziyafət Əsgərov: Onların qarşısına elə sübutlar qoyulacaq ki, məsələləri yubatdıqlarına görə peşman olacaqlar

Növbəti Yazı

NATO Baş Katibi ABŞ Administrasiyasını Ukraynaya Sülh Müqaviləsi tətbiq etməməyə çağıracaq

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.