İyul 31, 2025-3:27
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

ADPU-da Özbəkistan Milli Universitetinin əməkdaşları ilə görüş keçirilib

2025:04:29 - 12:01
in SOSİAL
A A

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Özbəkistan Milli Universitetinin Psixologiya kafedrasının nümayəndələri ilə görüş keçirilib.

Görüşdə Özbəkistan Milli Universitetinin əməkdaşları Dilbər Muxamedova, Ruxsora Kudratullayeva, Aziza Turakulova və Diyora Xodjakulova, eləcə də ADPU-nun Məktəbəqədər təhsil fakültəsinin dekanı dosent Nailə Hüseynova, Beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi Nərgiz Səfərova və fakültənin nümayəndələri iştirak ediblər.

ADPU-dan AZƏRTAC-a bildirilib ki, görüş zamanı tərəflər iki ali təhsil müəssisəsi arasında əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər.

Təhsil sahəsində təcrübə mübadiləsi, birgə elmi-tədqiqat layihələrinin təşkili, tələbə və müəllim mübadiləsi proqramlarının hazırlanması və həyata keçirilməsi kimi mövzuların müzakirə edildiyi görüşdə, həmçinin yaxın gələcəkdə anlaşma memorandumlarının və əməkdaşlıq müqavilələrinin imzalanması imkanları barədə fikir mübadiləsi aparılıb.

Tərəflər vurğulayıblar ki, qurulacaq akademik əməkdaşlıq hər iki universitetin tələbə və müəllim heyətinin elmi və pedaqoji inkişafına mühüm töhfə verəcək.

Görüşün sonunda gələcək addımların planlaşdırılması məqsədilə işçi qruplarının yaradılması barədə ilkin razılıq əldə olunub.

Əvvəlki Yazı

STEAM dərsləri şagirdlərin yaradıcı və tənqidi düşüncəsində mühüm rol oynayır MÜSAHİBƏ

Növbəti Yazı

BANM-in komandası “GreenTech” müsabiqəsinin qalibi oldu

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.