İyun 27, 2025-21:39
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

ADPU Müasir Təhsil Kompleksi ilə əməkdaşlığa başlayır

2025:01:16 - 17:11
in SOSİAL
A A

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin (MTK) məktəb direktoru Nelson Urreqo və icraçı direktoru Tural Abbasovla görüş keçirilib.

Bu barədə AZƏRTAC-a ADPU-dan bildirilib. Görüşdə rektor Cəfər Cəfərov qonaqlara Pedaqoji Universitetin müəllim hazırlığında müasir yanaşmaların tətbiqinə və beynəlxalq əməkdaşlıqlara verdiyi önəmdən bəhs edib. Rektor universitetin həyata keçirdiyi və dəstək göstərdiyi yerli və beynəlxalq layihələr, akademik proqramların yenilənməsi və tələbələrin praktik biliklərlə təmin olunması istiqamətində aparılan işlər barədə məlumat verib.

Qonaqlar MTK-nın təhsil sistemi, beynəlxalq standartlara uyğunluğu və əldə etdiyi uğurlar haqqında məlumat verib, kompleksin müasir tədris metodlarına əsaslanan yanaşmalarını diqqətə çatdırıblar. Pedaqoji Universitetlə əməkdaşlıq imkanlarının həm kompleksin gənc kadr potensialının formalaşması, həm də gələcəyin müəllimlərinin müasir təhsil standartlarına uyğun, yeni yanaşmalara bələd kadrlar kimi formalaşması baxımından əhəmiyyətli ola biləcəyi qeyd edilib.

Görüşdə birgə layihələrin həyata keçirilməsi, akademik təcrübə mübadiləsinin inkişafı, tələbələrin MTK-da pedaqoji təcrübədə iştirakları, kompleks tərəfindən potensiallı tələbələr üçün karyera imkanlarının yaradılması, tədris proqramlarının hazırlanması sahəsində əməkdaşlıq, tələbələrin Beynəlxalq Kembric Proqramının mənimsəmələri, beynəlxalq olimpiada və yarışlarda birgə təmsil olunma məsələləri xüsusi müzakirə edilib.

Tərəflər qeyd olunan sahələr üzrə əməkdaşlıqla bağlı ilkin razılığa gəliblər.

Əvvəlki Yazı

Xankəndidə 20 Yanvar faciəsinin qurbanları anılıb

Növbəti Yazı

Azərbaycan-Gürcüstan Hökumətlərarası Komissiyasının 10-cu yubiley görüşü Bakıda keçiriləcək

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.