İyun 17, 2025-20:59
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

ADPU-nun Quba filialında “Xatirələr işığında Heydər Əliyev” kitabı təqdim edilib

2025:05:14 - 16:18
in SOSİAL
A A

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Azad Azərbaycan” telekanalının prezidentinin müşaviri, Əməkdar jurnalist, yazıçı, Bakı Slavyan Universitetinin professoru Etibar Babayevin müəllifi olduğu “Xatirələr işığında Heydər Əliyev” kitabının təqdimatı keçirilib.

Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib.

Quba filialın direktoru professor Yusif Alıyev çıxışında Ulu Öndər Heydər Əliyevin parlaq və şərəfli həyat yolu, dövlətçilik fəaliyyəti, azərbaycançılıq ideologiyası, Azərbaycanın inkişafı istiqamətində göstərdiyi əvəzsiz xidmətlər barədə danışıb. Qeyd edilib ki, Azərbaycanın dövlət müstəqilliyinin qorunması, inkişafı və tərəqqisi birbaşa Ulu Öndərin adı ilə bağlıdır. Etibar Babayevin “Xatirələr işğında Heydər Əliyev” adlı kitabı Heydər Əliyev irsinin tədqiqi baxımından vacib əhəmiyyətə malikdir.

Tədbirdə Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Səidə Abbasova, Əməkdar incəsənət xadimi, filologiya elmləri doktoru, yazıçı-publisist Yasif Nəsirlinin, Xalq rəssamı, professor Arif Hüseynovun, hüquq elmləri doktoru İbrahim Quliyevin, Ulu Öndər Heydər Əliyevin şəxsi fotoqrafı Rafiq Bağırovun, professor Etibar Babayevin, dosent Nigar Bağırovanın çıxışları dinlənilib. Çıxışlarda Azərbaycan xalqının böyük oğlu, siyasi və dövlət xadimi, Türk dünyasının sevimlisi Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyasından, yüksək keyfiyyətlərindən bəhs olunub.

Əvvəlki Yazı

Fərhad Quliyev: Qarabağda beynəlxalq arxeoloji ekspedisiyaların fəaliyyət göstərməsi qarşıda duran vəzifələrdən biridir

Növbəti Yazı

Azərbaycanda iki süni intellekt əsaslı aqreqat kənd təsərrüfatı sahəsində tətbiq olunur 

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.