Yunanıstanın aparıcı aviaşirkəti Aegean Airlines oktyabrın 9-dək Təl-Əvivə və oradan uçuşları ləğv edib. Bu barədə Newsbomb.gr informasiya portalı məlumat yayıb.
Şirkət bildirib ki, Təl-Əvivə bileti olan sərnişinlər öz zəng mərkəzinə müraciət edərək bileti pulsuz dəyişdirə və ya ləğv edə bilərlər.
Səhər saatlarında Qəzza zolağından İsrail ərazisinə raket atəşi başlayıb və eyni zamanda bir neçə silahlı qrup İsrail ərazisinə daxil olub, İsrail hərbçiləri onlarla döyüşə giriblər. İsrail ordusu “müharibə hazırlığı vəziyyəti” elan edib və tezliklə Fələstin anklavından edilən hücuma cavab olaraq “Dəmir Qılınclar” əməliyyatına başladığını elan edib. Bu şərtlər altında İsrailin müdafiə naziri Yoav Qalant ehtiyatda olan hərbçilərin orduya çağırılmasını təsdiqlədi və bütün ölkə ərazisində “xüsusi təhlükəsizlik vəziyyəti”nin tətbiqinə göstəriş verib.
Son məlumatlara görə, İsrailin zolağa endirdiyi hücumlarda 230-dan çox insan həlak olub, təxminən 1,7 min fələstinli yaralanıb, Qəzzadan raket hücumları nəticəsində İsraildə ən azı 200 nəfər ölüb, 1,1 mindən çox insan yaralanıb. (Tass)