İyunun 11-də Kiyev səmasında görünən An-124 ağır nəqliyyat təyyarəsi Ukraynanın “Antonov Airlines” yük aviaşirkətinin mərkəzinin yerləşdiyi Leypsiqə enib. Bu barədə İrlandiyanın aviasiya xəbərləri üzrə ixtisaslaşmış AeroTime portalı məlumat yayıb.
Qeyd olunur ki, Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatına başladıqdan sonra Antonov Hava Yolları 5 ədəd An-124 təyyarəsini Leypsiq/Halle hava limanına köçürüb. Onlayn nəşr Kiyev səmasında aşkarlanan UR-82073 qeydiyyat nömrəli təyyarənin Leypsiqdə digər An-124-lərə qoşula biləcəyini irəli sürüb.
Döyüşlər səbəbindən Ukrayna hava məkanı mülki aviasiya uçuşları üçün bağlıdır, hərbi təyyarələr də xüsusi tapşırıqlar üçün səmaya qalxır və nadir hallarda videoya çəkilir. Bundan əvvəl “Ölkənin Siyasəti” Telegram kanalı qeyd etmişdi ki, aşkar edilmiş An-124 kommersiya vəzifələrini yerinə yetirmək üçün Dnepr şəhərindən (keçmiş Dnepropetrovsk) xaricə göndərilə bilər. (Tass)