Fransa, Misir və İordaniya liderləri Qahirədə keçirilən Qəzza zolağındakı vəziyyətlə bağlı üçtərəfli görüş zamanı ABŞ prezidenti Donald Trampla telefonla danışıb. Bu barədə Agence France-Presse Yelisey sarayına istinadən xəbər verir.
“Respublika prezidentinin təşəbbüsü ilə bu gün Qəzzadakı vəziyyəti müzakirə etmək üçün prezident Tramp, [Misir prezidenti Əbdülfəttah] əs-Sisi, İordaniya kralı [II Abdullah] və respublika prezidentinin iştirakı ilə görüş təşkil edilib”, – agentlik Fransa liderinin administrasiyasından sitat gətirir.
Bundan əvvəl Misir prezidenti Əbdülfəttah əs-Sisi, fransalı həmkarı Emmanuel Makron və İordaniya kralı II Abdullah Qahirədə Qəzza zolağındakı vəziyyətlə bağlı üçtərəfli danışıqlar aparıblar. Görüşdən sonra onlar anklavda atəşkəs razılaşmasının bərpasına çağıran bəyanatla çıxış ediblər. (Tass)