İsrail ordusunun təxliyyə etmək üçün onlara 1 saat vaxt verməsindən sonra yüzlərlə insan Qəzza zolağındakı Əl-Şifa xəstəxanasını tərk edib. Bu barədə Agence France-Presse məlumat yayıb.
Agentliyin məlumatına görə, binada ən azı 450 xəstə qalıb.
Bundan əvvəl “Al Hadath” telekanalı bildirib ki, İsrail hərbçiləri tibb müəssisəsinin binasını və ona bitişik binaları heç kimə tərk etməyə icazə vermir, baxmayaraq ki, orada bloklanan insanlar arasında yaraqlılar yoxdur, yalnız xəstələr və məcburi köçkünlər var. (Tass)