Ağ Evin sözçüsü jurnalistlərə bildirib ki, 45 günlük mümkün atəşkəs İran və ABŞ arasında təmaslar zamanı müzakirə olunan çoxsaylı ideyalardan yalnız biridir.
“Bu, bir çox ideyalardan biridir və Amerika Birləşmiş Ştatları Prezidenti Donald Tramp hələlik bunu yekunlaşdırmayıb. “Epik Qəzəb” əməliyyatı davam edir”, – deyə o bildirib. “Prezident Tramp bu məsələ ilə bağlı saat 13:00-da daha ətraflı danışacaq”, – deyə Ağ Ev sözçüsü ABŞ prezidentinin həmin vaxt mətbuat konfransı keçirmək planlarına toxunaraq əlavə edib. (Tass)
