Birləşmiş Ştatlar Ukraynada münaqişə başlayandan bəri 155 mm-lik artilleriya mərmilərinin istehsalını iki dəfə artırıb və 2024-cü ilin sonuna qədər onu iki dəfə artırmağı planlaşdırır. Bunu jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib.
“ABŞ Ukraynanı dəstəkləmək üçün öz istehsal gücünü artırır. Məsələn, biz 155 mm-lik artilleriya mərmilərinin yerli istehsalına sərmayə qoyuruq”, – o deyib. “Münaqişə başlayandan bəri biz aylıq 155 mm [sursat] istehsalımızı iki dəfədən çox artırmışıq, bu ilin sonuna qədər onu yenidən iki dəfə artırmağı planlaşdırırıq”, – Amerika prezidentinin köməkçisi əlavə edib.
Sallivan vurğulayıb ki, Vaşinqton beləliklə, “öz istehsalı vasitəsilə Ukraynaya sürətli və əhəmiyyətli sursat tədarükü təmin edə biləcək”. (Tass)