Vaşinqtonun Kiyevə hərbi dəstəyini dayandırması Avropa ölkələrindən Ukraynaya yardım perspektivlərini təhlükə altına qoyur. Bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının (MTŞ) strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə bildirib.
Onun sözlərinə görə, ABŞ-ın müttəfiqləri və tərəfdaşları Ukrayna ətrafında vəziyyətlə bağlı Vaşinqtonun hərəkətlərini izləyir. Ağ Ev sözçüsünə görə, ABŞ-ın rolu həm silah təchizatı baxımından, həm də digər ölkələrlə səylərin əlaqələndirilməsi baxımından “Ukraynaya dəstək baxımından kritik dərəcədə vacibdir”.
“Ona görə də, bəli, düşünürəm ki, bu, mümkündür”, – Kirbi Avropa ölkələrinin ABŞ-ın çıxacağı təqdirdə Ukraynanı dəstəkləməkdən imtina etmə ehtimalı ilə bağlı sualı cavablandırarkən deyib. “Gözlənilir ki, bəzi müttəfiqlərimiz və tərəfdaşlarımız ABŞ-ın lider kimi mövqeyinin sarsıldığını və ya ABŞ-ın Ukraynaya dəstəyini geri götürdüyünü görsələr, fərqli qərarlar qəbul edə bilərlər. Bu, Ukrayna üçün potensial olaraq fəlakətli nəticələrə səbəb ola bilər. ”Kirbi deyib. (Tass)