ABŞ prezidenti Co Bayden Almaniya kansleri Olaf Şolzla Vaşinqtonda şəxsi görüşü zamanı ona Amerika Konqresinin mövqeyindən asılı olmayaraq Ukraynanı dəstəkləməyə davam etmək əzmində olduğunu söyləyəcək. Bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi jurnalistlərə bildirib.
“O, kansler Şolza şəxsən Ukraynanı dəstəkləməyə davam etmək istədiyini açıqlayacaq”, – Kirbi bildirib. O, həmçinin ümid etdiyini bildirib ki, ABŞ Konqresinin hər iki palatası sonda Kiyevə kömək üçün müvafiq qanun layihəsini dəstəkləyəcək. “Prezident kansler ilə görüşdə həmçinin vurğulayacaq ki, qanun layihəsi onun masasına çatarsa, o, onu imzalayacaq”, – Ağ Evin sözçüsü əlavə edib. (Tass)