ABŞ administrasiyası Dağlıq Qarabağda baş verən proseslərdən narahatdır. Bu barədə Ağ Evin mətbuat katibi Karine Jan-Pyer jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə bildirib.
“Əlbəttə, bu, narahatlıq doğurur”, – deyə Amerika liderinin rəsmi nümayəndəsi Dağlıq Qarabağ ətrafındakı vəziyyəti şərh etmək xahişini cavablandırıb. “Əlbəttə ki, biz [bu mövzu ilə bağlı] hesabatları diqqətlə izləyirik” deyə Jean-Pierre bildirib.
Bununla belə, o, ABŞ prezidentinin əvvəllər Bakının hərəkətlərini “Dağlıq Qarabağda etnik təmizləməni başa çatdırmaq” niyyətinin əksi adlandıran Ermənistan hakimiyyətinin rəyi ilə razı olub-olmamasına aydınlıq gətirməkdə çətinlik çəkib. Dağlıq Qarabağdakı vəziyyətlə bağlı əlavə şərhlər üçün mətbuat katibi Ağ Evin Milli Təhlükəsizlik Şurası ilə əlaqə saxlamağı təklif edib. (Tass)