İsrail Qəzza zolağının cənubundakı Rəfah şəhərinin şərqindəki hərbi əməliyyatın məhdud olduğu barədə ABŞ-ı xəbərdar edib. Bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi jurnalistlər üçün keçirilən növbəti onlayn brifinqdə bildirib.
“İsrailli həmkarlarımız bizə bildirdilər ki, dünən gecəki əməliyyat məhdud xarakter daşıyır və Həmasın Qəzza zolağına silah və vəsait gətirmək imkanlarını pozmağa yönəlib. Eyni zamanda, Kirbi qeyd edib ki, ABŞ-ın Rəfah əməliyyatı ilə bağlı mövqeyi dəyişməz olaraq qalır, onun sözlərinə görə, “əhalinin sıx məskunlaşdığı ərazidə” bu cür hərəkətlər “mülki əhali üçün risk daşıyır və tələfat təhlükəsi yaradır”. (Tass)