Amerika hərbçilərinin Qəzza zolağının sahillərində inşa etdiyi üzən liman anklava qurudan humanitar yardımın çatdırılmasına alternativ olmayacaq. Bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.
O, ABC televiziyasına deyib: “Bu, Qəzzaya gələn yardımın həcmini artırmağa mütləq kömək edəcək, amma açıq deyim ki, heç bir şey quru yollarını və anklava gələn yük maşınlarını əvəz edə bilməz” deyib və əlavə etdi ki, üzən liman iki-üç həftəyə işə başlayacaq”
Kirbinin sözlərinə görə, humanitar yardım maşınlarının anklava keçməsi ilə bağlı vəziyyət indi yaxşılaşıb, lakin Qəzza zolağının şimalına malların çatdırılması da daxil olmaqla “yerdə problemlər” qalmaqdadır. (Tass)