Birləşmiş Ştatlar baş nazir Benyamin Netanyahu ilə fikir ayrılıqlarına baxmayaraq, İsrailə lazım olan hərbi yardımı davam etdirmək niyyətindədir. Bunu jurnalistlər üçün keçirilən növbəti onlayn brifinqdə Ağ Evin Milli Təhlükəsizlik Şurasının (MTŞ) strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.
“Mən demirəm ki, son günlər də daxil olmaqla, hər bir işdə hər şey rəvan olub. Lakin biz baş nazirin bütün siyasi bəyanatlarına və ya ictimai bəyanatlarına cavab verməyəcəyik. Biz diqqətimizi onların (israillilərin) silahla təmin etməyə yönəltmişik. Bu onlara lazım olan şey idi və biz inanırıq ki, baş nazir Netanyahu və onun hökuməti ilə bu şəkildə hərəkət etmək iqtidarındayıq”, – deyə Ağ Evin sözçüsü vurğulayıb.
Eyni zamanda, o, bir daha əmin etdi ki, İsrail üçün nəzərdə tutulan silahların yalnız bir partiyası, yüksək güclü bombalar “fasilə”də qalmaqda davam edir. Kirbi bildirib ki, ABŞ-dan İsrailə bütün digər silah və hərbi texnikanın göndərilməsi davam edir. “Bu öhdəlikdən heç bir imtina olmayacaq” deyib. (Tass)