Ağ Ev NBC News-un ABŞ-ın iyunun 22-də həyata keçirdiyi zərbələr nəticəsində İranın yalnız bir uranın zənginləşdirilməsi obyektinin məhv edilməsi ilə bağlı xəbərlərini rədd edib.
“Prezidentin [ABŞ Donald Trampın] bəyan etdiyi və ekspertlərin təsdiqlədiyi kimi, “Gecəyarısı çəkic” əməliyyatı İranın nüvə imkanlarının tamamilə məhv edilməsi ilə nəticələnib”, – deyə “Reuters” Ağ Evin mətbuat katibinin müavini Anna Kellidən sitat gətirib.
NBC News daha əvvəl mənbələrə istinadən xəbər vermişdi ki, iyun ayında ABŞ tərəfindən vurulan İranın üç uranın zənginləşdirilməsi obyektindən yalnız biri, demək olar ki, tamamilə məhv edilib. Mənbələr bildiriblər ki, digər iki sahə daha az zərər görüb və Tehran istəsə, növbəti bir neçə ay ərzində zənginləşdirmə işlərinin bərpasına imkan verəcək səviyyəyə gətirilə bilər. (Tass)