Amerika administrasiyası ABŞ-ın İsrailə mərmi tədarükünü dayandırması ilə bağlı məlumatı təsdiqləməkdən imtina edib.
“Mən bu nəşri təsdiqləməyəcəyəm” deyə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi jurnalistlər üçün keçirilən növbəti brifinqdə bildirib. Eyni zamanda o, ABŞ-ın “təhlükəsizlik sahəsində İsrail qarşısında öhdəliklərinin sarsılmaz olduğunu” vurğulayıb. (Tass)