Birləşmiş Ştatlar İsrail və Fələstinin radikal HƏMAS hərəkatını Qəzza zolağında atəşkəsə razı salmaq cəhdlərindən əl çəkmir. Bunu jurnalistlər üçün keçirilən müntəzəm onlayn brifinqdə Ağ Evin Milli Təhlükəsizlik Şurasının (MTŞ) strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi təsdiqləyib.
“Fiziki görüşlər başa çatsa da, yəni heç kim danışıqlar masasında bir-biri ilə üzbəüz oturmur və bu, çox təəssüf doğurur, biz hər iki tərəfi ən azından virtual olaraq, potensial razılaşmanın mətni üzərində işləməyə dəvət edirik, biz hələ də inanırıq ki, ötən gün dediyim kimi, qalan ziddiyyətləri aradan qaldırmaq olar”, – Kirbi bildirib.
“Lakin bu, liderlik tələb edəcək. Bu, mənəvi cəsarət tələb edəcək. Bu, güzəştə getmək və vicdanla danışıqlar aparmaq bacarığını saxlamaq tələb edəcək. Biz bundan əl çəkməmişik”, – MTN rəsmisi bildirib. (Tass)