İsrail radikal Fələstinin HƏMAS hərəkatının rəhbərliyini aradan götürmək niyyətindədir və ABŞ bu yanaşmanı faydalı taktika hesab edir. Bu barədə NBC televiziyasına Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.
O, Həmas rəhbərliyinin aradan qaldırılmasının əməliyyatlar aparmaq qabiliyyətinə pis təsir edəcəyini” deyib. “İsrailin diqqəti də buna yönəlib. Biz bunun faydalı bir taktika olduğunu düşünürük”, – Kirbi bildirib. (Tass)