Hazırda Qəzza zolağında atəşkəs yalnız Fələstinin radikal HƏMAS hərəkatının xeyrinə olacaq. Bu sözləri Ağ Evin Milli Təhlükəsizlik Şurasının (MTŞ) strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi keçirdiyi brifinqdə deyib.
Münaqişənin həlli imkanları ilə bağlı sualı cavablandıran Kirbi vurğulayıb ki, Birləşmiş Ştatlar “İsrailə özünü müdafiə etmək üçün alətlər və imkanlar verməyə davam edəcək”, humanitar yardımın çatdırılmasına və girovların azad edilməsinə kömək edəcək. Eyni zamanda, o vurğulayıb ki, İsrail silahlı qüvvələri “hansı əməliyyatları həyata keçirib-keçirməyəcəyinə özləri qərar verirlər”.
“Biz inanırıq ki, indiki vaxtda atəşkəs yalnız HƏMAS-ın xeyrinə olacaq”, – deyə o bildirib. (Tass)