ABŞ Qəzza zolağında uşaqların ölümündə Fələstinin radikal HƏMAS hərəkatının məsuliyyət daşıdığına inanır. Bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi brifinqdə bildirib.
Ondan BMT-nin Baş katibi Antonio Quterreşin noyabrın 6-da Qəzzanın “uşaqlar üçün qəbiristanlığa çevrildiyini” və çoxlu qadın və uşağın, eləcə də dünya qurumunun əməkdaşlarının və jurnalistlərin öldürüldüyünü söyləyən bəyanatını şərh etməsi istənilib.
Kirbi, “Həmas uşaqların Qəzzanı tərk etmələrinin qarşısını almaqla və onları öz evlərinə sığınmağa təşviq etməklə” uşaqları və ailələrini təhlükəyə atdığını bildirib. “Biz bilirik ki, 240-dan çox girov arasında uşaqlar da var. Biz onların azad edilməsi üçün səylər göstəririk, lakin hələlik heç bir nəticə əldə olunmayıb”, – o deyib. (Tass)