Ağ Ev Qəzza zolağında humanitar fasilələrin tətbiqini düzgün istiqamətdə atılmış əhəmiyyətli addım hesab edir, lakin regionda atəşkəsə qarşı qalır. Bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının (MTŞ) strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi onlayn brifinqdə bildirib.
“Biz hesab edirik ki, bunlar ilk əhəmiyyətli addımlardır. Və biz onların davam etdiyini görmək istəyirik” deyə Kirbi qeyd edib. O, Ağ Evin atəşkəslə bağlı mövqeyini təkrarlayıb. “Biz hələ də hesab edirik ki, atəşkəs hal-hazırda yersizdir. Bu, heç nəyə nail olmayacaq, yəni HƏMAS bundan ancaq faydalanacaq”, – deyə rəsmi bildirib.
Ağ Ev ümid edir ki, İsrail lazım olduğu müddətdə Qəzzada humanitar fasiləyə hörmət etməyə davam edəcək, lakin bunun nə qədər davam edəcəyini deyə bilməz. (Tass)