ABŞ prezidenti Donald Tramp İranla dialoqa sadiqdir və bu mövzuda Oman sultanı Heysəm bin Tarek Əl Səidlə telefon danışığı aparıb. Bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitt jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə bildirib.
“Əlbəttə, İrana qarşı maksimum təzyiq kampaniyası davam edir, lakin bildiyiniz kimi, prezident İranla dialoq və məsləhətləşmə görmək istədiyini açıq şəkildə bildirdi, eyni zamanda İranın heç vaxt nüvə silahı əldə edə bilməyəcəyinə dair baxışlarını açıqladı. Prezident bu gün bu danışıqların asanlaşdırılmasına kömək edən Oman Sultanı ilə danışdı. İran və İranın danışıqlar yolu ilə nüvə proqramına son qoymasının vacibliyini vurğuladı” deyib və Ağ Evin daha sonra çağırışla bağlı yazılı açıqlama verəcəyini söyləyib. (Tass)