ABŞ prezidenti Donald Trampın səhhəti əla olaraq qalır. Bunu Ağ Evin mətbuat katibi Karolin Levitt jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə deyib.
“Prezidentin son həftələrdə alt ətraflarında yüngül şişkinlik olub. Bu, Ağ Evin Tibb Xidməti tərəfindən hərtərəfli qiymətləndirilib. Müayinə zamanı 70 yaşdan yuxarı insanlarda rast gəlinən bir vəziyyət olan xroniki venoz çatışmazlıq aşkar edilib. Vacib aydınlıq: dərin venaların trombozu və ya arterial xəstəliyinə dair heç bir dəlil yox idi”, – Leavitt həkimə istinadən bildirib.
Onun sözlərinə görə, laboratoriya müayinələri və ürək müayinələri normal nəticə verib. Leavitt Trampın əlindəki göyərmələrə də münasibət bildirib. “Əlin arxasındakı kiçik qançırlar tez-tez əl sıxma və aspirindən istifadə ilə əlaqələndirilir. Bu, aspirin terapiyasının məlum və zərərsiz yan təsiridir”, – mətbuat katibi əlavə edib.
Leavitt vurğulayıb ki, ABŞ prezidenti “hər kəsin gündəlik olaraq görə biləcəyi əla sağlamlıq vəziyyətindədir”. (Tass)