Ağ Evin mətbuat katibi Kerolin Livitt mətbuat brifinqində bildirib ki, ABŞ Silahlı Qüvvələrinin baş komandanı kimi ABŞ prezidenti Donald Trampın İranla bağlı diplomatik danışıqlardan başqa digər variantları da var.
“Prezident tələblərində açıq-aydın kifayət qədər aydın olub. O, sıfır nüvə silahı ilə bağlı çox açıq danışıb və razılaşmanın əldə edilib-edilməyəcəyini görmək istəyir”, – deyə o bildirib.
Ağ Evin mətbuat katibi əlavə edib ki, “Bu danışıqlar davam edərkən, İran rejiminə xatırlatmaq istərdim ki, prezidentin diplomatiyadan kənarda bir çox variantları var, çünki o, dünya tarixinin ən güclü ordusunun baş komandanıdır”.
ABŞ və İranın cümə günü Omanda Tehranın nüvə proqramı ilə bağlı danışıqlar aparması gözlənilir. İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Araqçi, ABŞ nümayəndə heyətinə isə ABŞ prezidentinin xüsusi elçisi Stiven Vitkoff rəhbərlik edəcək. (Tass)
