Ağ Ev ABŞ prezidenti Donald Trampın Nobel Sülh Mükafatına namizədliyini dəstəkləyən 7 ölkə liderinin adını açıqlayıb.
Onların arasında Ermənistanın baş naziri Nikol Paşinyan, Azərbaycan prezidenti İlham Əliyev, Qabon prezidenti Bris Oliqi Nqema, İsrailin baş naziri Benyamin Netanyahu, Kambocanın baş naziri Hun Manet, Ruandanın xarici işlər naziri Olivye Nduhungirhe və Pakistan hökuməti var.
İyunun 20-də Pakistan hökuməti Trampı “Hindistanla hərbi münaqişənin həllində vasitəçiliyinə görə” 2026-cı il Nobel Sülh Mükafatına tövsiyə edib. Netanyahu iyulun 8-də Trampın namizədliyini “dünyada, xüsusən də Yaxın Şərqdə sülh və təhlükəsizliyin təmin edilməsinə göstərdiyi səylərə görə” elan edib.
Kambocanın baş naziri avqustun 7-də Trampı “Kamboca və Tailand sərhədində sülh və sabitliyin bərpasında həlledici roluna görə” Nobel Sülh Mükafatına namizəd göstərib. Əliyev və Paşinyan Vaşinqtonda sülh yolu ilə nizamlanma haqqında bəyannamə imzaladıqdan sonra Trampın mükafata birgə namizədliyini irəli sürmək niyyətində olduqlarını bəyan ediblər.