ABŞ prezidenti Co Bayden idrak qabiliyyətlərinin deqradasiyası səbəbindən öz vəzifələrini yerinə yetirə bilmir və bütün ölkəni böyük riskə atır. Bu fikri bazar günü Ağ Evin keçmiş həkimi və konqresmen Ronni Cekson deyib.
“Onun [Baydenin] səlahiyyət müddəti ərzində nə qədər degenerasiyaya uğraması inanılmazdır. Biz bu adamı bu müddətin qalan hissəsinə və ondan sonra daha 4 il hakimiyyətdə saxlamağa imkan verə bilmərik. O, artıq bizi böyük risk altında qoyur”. Bu barədə Fox News- a müsahibəsində bildirib. Cekson qeyd edib ki, indiki prezident öz işinin öhdəsindən gələ bilməyəcəyini hər gün sübut edir.
“O, artıq fiziki və idrak baxımından vəzifəyə uyğun deyil və onun yaxın çevrəsindən kimsə ayağa qalxmalı və bu ölkənin təhlükəsizliyi üçün irəliləməsi lazım olduğunu bildirməlidir” deyib Cekson.
Qeyd edək ki, Baydenin 2023-cü ilin noyabrında 81 yaşı tamam oldu. (Tass)